31 Mart 2016 08:05
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Microsoft” şirkəti hələ 2015-ci ilin iyununda 84 düymlük “Surface Hub” planşet kompüterini təqdim edib və qurğu həmin ilin sentyabrında satışa çıxarılmalı idi.

Teleqraf.com İCTnyus-a istinadən xəbər verir ki, qurğunun çıxarış tarixi əvvəlcə 2016-cı ilin yanvarına keçirilsə də, “Surface Hub” planşet kompüteri yalnız bu həftə satışa çıxarılıb. Bu müddət ərzində cihazın qiyməti yüksəlib.

İndi istənilən şəxs “Surface Hub” planşetini satın ala bilər. “Windows 10” sistemi altında işləyən planşet iki versiyada əlçatandır: “1080p” təsvir ölçülü 55 düymlük modelin qiyməti 8999 dollar, 84 düymlük “4K” təsvir ölçülü “Hub” qurğusunun qiyməti 21999 dollar təşkil edir.

“Surface Hub” planşetinin xarakteristikaları aşağıdakı kimidir:

• “Intel Haswell” prosessoru: 55 düymlük modeldə “Core i5” və 84 düymlük planşetdə “Core i7”;
• Videokart – “Intel HD 4600” və ya “Nvidia Quadro K2200”;
• 128 QB SSD, 8 QB əməli yaddaş;
• 4 ədəd “USB” konnektoru (2 ədədi “USB 3.0”dür), “Bluetooth 4.0”, “802.11n Wi-Fi”, “NFC” və “Gigabit Ethernet”;
• Qurğuların çəkisi müvafiq olaraq 47.5 kq və 126 kq-dır.


Müəllif:

Oxşar xəbərlər