Rusiya polisi Yekaterinburqda kriminal avtoritetlərin "sxodka"sına basqın edib.
Teleqraf.com kommersant.ru saytına istinadən xəbər verir ki, basqın zamanı 200 azərbaycanlı saxlanılıb. Məlumatlara görə, "sxodka" şəhərin Uralmaş rayonundakı kafelərdən birində baş tutub.
Xəbərə görə, azərbaycanlılar kafedə Ağayar adlı kriminal avtoritetin ad gününü qeyd edirmiş. DİN Baş İdarəsinin mətbuat xidmətinin nümayəndəsi Valeri Qorelıx bildirib ki, saxlanılanların üzərinə baxış zamanı narkotik vasitələr, soyuq silahlar aşkar edilib.
Samir