Türkiyənin Yenibosna bölgəsində dəhşətli cinayət hadisəsi baş verib.
Silahlı şəxs küçənin ortasında gənc qız və oğlana atəş açıb. Hadisə anbaan təhlükəsizlik kamerasına əks olunub. Aparılan araşdırmalar zamanı məlum olub ki, Levent Kəskin adlı cinayətkar hücum zamanı keçmiş nişanlısı Bürşa Eyüpabalı öldürmək istəyib: "Bürşü bir müddət öncə Leventlə nişanlı idi. Daha sonra ayrılıblar. Məlum hadisədən bir neçə gün əvvəl Levent Bürşanın evinə soxulub və gənc qız qonşunun köməyilə mənzildən qaça bilib".
Bölgə polisindən verilən məlumata görə, hücuma məruz qalan cütlük ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Levent Kəskin isə yaxalanaraq, polis bölməsinə aparılıb.
Teleqraf.com təhlükəsizlik kamerasına əks olunan görüntüləri təqdim edir:
Elvin