İngiltərədə gənc qız polisə müraciət edərək, keçmiş sevgilisinin onu döydüyünü bildirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Xarli və Perri 2014-cü ilin fevralında evləniblər. İlk günlər Xarli özünü sakit aparsa da, sonralar Perrini incitməyə başlayıb. Cütlüyün münasibəti 9 aydan sonra başa çatıb. Ancaq oğlan Perridən əl çəkməyib. Gənc qızın polisə müraciəti Xarlinin həbs olunması ilə nəticələnib. Perri isə şəhərdən köçmək qərarına gəlib və yeni münasibətə başlayıb.
Ancaq bir gün Xarli keçmiş sevgilisini tapıb, ona xərçəng xəstəsi olduğunu və görüşmək istədiyini deyib. Görüş yeri kimi Xarli qaldığı evi seçib. Qızı evinə gətirən Xarli onu söyməyə və döyməyə başlayıb. Perrinin sözlərinə görə, Xarli ilk olaraq onun sifətinə iki dəfə zərbə endirib və beyzbol taxtası ilə ayaqlarına vurub. Bundan sonra qız huşunu itirib, özünə gəldiyində isə qaçıb. Polis tərəfindən saxlanılan Xarli 11 il müddətinə azadlıqdan məhrum edilib.
Elvin