23 Aprel 2016 16:18
3 359
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikada dəhşətli cinayət hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə iki min insanın yaşadığı qəsəbədə baş verib. Söhbət Ohayo əyalətinin Piketon qəsəbəsində baş verib. Belə ki, qəsəbədə bir ailənin 8 üzvü 4 ayrı-ayrı evdə yatdığı halda öldürülüblər. Hadisə yerinə gələn polis və təcili yardım dəstələri qurbanların başlarından silahla vurularaq öldürüldüyünü bildiriblər. Məlumata görə, onlardan yeddisinin cansız bədəni bir neçə kilometrlik sahə içində olan üç ayrı-ayrı evdə tapılarkən sonuncu qurbanın daha uzaq bir evdə öldürüldüyü bəlli olub. Ölənlərin arasında bir nəfərin 16 yaşında olduğu da müəyyən edilib. Bundan başqa, gənc ananın 4 günlük körpəsinin yanında yatarkən öldürüldüyü məlum olub. Polis qurbanların adlarını tək-tək açıqlamasa da, bəlli olub ki, hücum Rhoden ailəsinə qarşı təşkil edilib.

Cinayətin bir və ya daha çox adan tərəfindən təşkil edildiyinin məlum olmadığını deyən polisbölgəni təhlükəsizlik nəzarətinə alaraq xüsusi tədbirlərə start verib.

Nemət


Müəllif:

Oxşar xəbərlər