25 Aprel 2016 22:52
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulun Bakırköy qəsəbəsində dəhşətli cinayət hadisəsi baş verib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə bazar günü yaşanıb. Gecə radələrində restorana prokuror dostu Karabuludla gələn İdris Alakuş şorba içdikdən sonra masadan qalxmağa hazırlaşıb. Lakin bu zaman restorana qumar borcu olan Həsən Erdem, Kazim Ünlütürk və Adəm Canpolad təşrif buyurub. Kazim Ünlütürk və Adəm Canpolad başqa masada əyləşib. Həsən Erdem isə İdris Alakuşun masasına keçib.

Bu zaman İdris Alakuş hesabı ödəmək istəyəndə qarson bildirib ki, Həsən Erdem hesabı bağlayıb. Buna əsəbləşən Alakuş cibindən çıxardığı pulu qarsona uzadıb. Qarson pulu götürmədikdə ara bir qədər də, qızışıb. Alakuşla Həsən Erdem arasında mübahisə böyüyüb. Az sonra İdris Alakuş pulu qarsona ödədikdən sonra restorandan ayrılıb. 15 dəqiqə sonra silahla restorana təkrar qayıdan İdris Alakuş silahını çıxararaq Həsən Erdem, Kazim Ünlütürk və Adəm Canpoladı atəşə açıb.

Restoranın personalı yaralanan üç nəfəri yaxınlıqdakı xəstəxanaya aparıb. Yaralılardan birinin həyatını xilas etmək mümkün olmayıb. Hadisə saniyə-saniyə kameralarda öz əksini tapıb.

Polis 8 saat sonra silahlı şəxsi həbs edib. Ədliyyəyə gətirilən İdris Alakuş törətdiyi hadisədən peşman olduğunu bildirib.

Cavad


Müəllif:

Oxşar xəbərlər