Avstraliya Yaşıllar Partiyasının üzvü, Yeni Cənubi Uels əyalətindən ölkə parlamentinin deputatı olan Ceremi Bekinhem Kondamin çayına od vurub.
Teleqraf.com BBC-yə istinadən bildirir ki, o, çayın səthinin alovlandığı anların əks olunduğu videonu Facebook profilində paylaşıb.
Deputat bu yanğın vasitəsilə yerli şaxtalarda çıxarılan şist qazının çayın dibinə çökdüyünü, sonra qovurcuqlarla səthə çıxdığını nümayiş etdirib.
"Çayın səthindəki partlayış və səthin bir saatdan çox yanması məni heyrətə gətirdi. Belə anomaliya yerli çayların çox pis durumda olduğunu göstərir", - deputat yazıb.