26 Aprel 2016 23:51
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada 100-dən çox insanın sağlam dişlərini çəkən, diş ətlərini yarıb çənə sümüklərini qıran hollandiyalı həkim Jakobus van Nierop 8 il müddətinə azadlıqdan məhrum edilib.

Teleqraf.com-un CNN-ə istinadən verdiyi məlumata görə, Çateau-Çinon adlı qəsəbədə stomatoloji kabineti olan 51 yaşlı Nierop "qorxulu diş həkimi" adı qazanmışdı.

O, ilk şikayətdən sonra Kanadaya qaçıb və 2014-cü ildə Fransaya təhvil verilmişdi. Xəstələrinə qarşı sadistlik edən edən həkimdən düz 120 nəfər şikayətçi olub.

Nierop həbs olunmaqla yanaşı, 10.500 avro məbləğində cərimə edilib.


Müəllif:

Oxşar xəbərlər