İran əsilli azərbaycanlı iş adamı Rza Zərrabın İstanbuldakı villasında söküntü işləri başlanıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, işlər İstanbul bələdiyyəsi tərəfindən çıxarılan əmrə əsasən həyata keçirilir. Əmrə əsasən, ABŞ-ın Florida ştatının Mayami şəhərində həbs olunan Zərrab villasının 61 metr uzunluğunda olan hasarı söküləcək.
Məlumatlara görə, Qəndildə yerləşən villanın tikintisi mübahisələrə səbəb olmuşdu: "Həmin villanın 3 metr hündürlüyündə olan hasarı söküləcək və normalara uyğun inşa ediləcək".
Qeyd edək ki, 33 yaşlı milyarder İrana tətbiq olunan sanksiyaları pozaraq, ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur.
Elvin