27 Aprel 2016 23:29
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 27-də Heydər Əliyev Sarayında "İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd" şüarı altında keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun iştirakçıları üçün qala-konsert təşkil olunub.

"Sivilizasiyaların musiqili alyansı" adlı qala-konsertdə Azərbaycan və xarici incəsənət ustaları çıxış ediblər.

Konserti Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər və dirijor Xalq Artisti Gülbacı İmanova) və Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestri Cüzeppe Verdinin "Nabukko" operasından xorun ifası ilə açıb.

Sonra orkestr Dmitri Şostakoviçin 7-ci simfoniyasından fraqment ifa edib.

İrakli Kaxidzenin ifasında Qaetano Donitsettinin "Məhəbbət içkisi" operasından romans səslənib. Rumın vokalçısı İrina İonesku Motsartın "Sehrli fleyta" operasından ariya ifa edib.

Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solistləri "Nəlbəki" milli rəqsini ifa ediblər.

Konsertdə, həmçinin Üzeyir Hacıbəylinin, Soltan Hacıbəylinin, Niyazinin, Qara Qarayevin, A.Borodinin, J.Bizenin və L.Bethovenin əsərləri ifa olunub.

Qala-konsertdə Türkiyənin "Mehtər" orkestri, ukraynalı vokalçı Vyaçeslav Bazir, aşıqlar qrupu çıxış edib.

Konsertin art-direktoru Xalq Artisti, professor Firəngiz Əlizadə olub.


Müəllif:

Oxşar xəbərlər