Qoç – bu gün hamıdan şanslı olacaqsınız. Varlanma ehtimalınız var.
Buğa - səhhətinizdəki problemlər ovqatınızı korlayacaq. Nahar ərəfəsində şəxsi büdcənizdə artım gözlənilir.
Əkizlər - yeni işlərə başlamaq üçün uyğun gündür. Yoldan pul və ya dəyərli əşya tapmaq ehtimalınız var.
Xərçəng - işləriniz tərs gedəcək. Özünüzü yorğun və halsız hiss edəcəksiniz. Yuxuya meyilli olacaqsınız.
Şir - əməkdaşlıq zəminində bəxtiniz gətirə bilər. Günün ikinci yarısında sürprizlərlə qarşılaşacaqsınız.
Qız - oturaq işlərdən uzaqlaşıb aktiv fəaliyyətə keçəcəksiniz. Təbiət qoynuna çıxacaqsınız.
Tərəzi - maliyyə işlərinizdə müəyyən geriləmə mümkündür. Qohum-qonşularla, eləcə də həmkarlarınızla mehriban olun.
Əqrəb - dəstəyə ehtiyacınız olacaq. Öz növbənizdə siz də aktivlik göstərməlisiniz.
Oxatan - ehtiyatlı olun. Riskli hərəkətlərdən, tələsik qərarlardan uzaq olun.
Oğlaq - gərgin gündür. Özünüzü təzyiq altında hiss edəcəksiniz.
Dolça - hər bir qərarı dəfələrlə götür-qoy edin. Axşam saatlarında təmiz havada gəzintiyə çıxın.
Balıq - yeni təkliflər aldığınız təqdirdə imtina etməyə tələsməyin. Mənfi qarşıladığınız bir hadisə sizing üçün müsbət nəticələr doğuracaq.