Avropalı astronomlar həyat imkanları olan 3 yeni planet aşkar ediblər.
Kosmik obyektlər yerdən 40 işıq ili uzaqlıqda Dolça bürcündə yerləşir.
Ölçülərinə görə onlar Veneraya bənzəyir. Tədqiqatçıların sözlərinə görə, planetlərin səthində aşağı temperatur olmasına baxmayaraq, onlarda hər hansı həyat normalarının yaranması ehtimalı olduqca yüksəkdir.
Artıq 2 ildən sonra yeni orbital teleskopun köməyi ilə astronomlar öz nəzəriyyələrini yoxlaya biləcəklər.
Sonuncu dəfə ABŞ astronomları dünyaya bənzəyən planet tapıb. Massacusetts Texnologiya İnstitutunun mütəxəssisləri bu barədə açıqlama veriblər. Yeni planet Çilidəki teleskoplardan aparılan müşahidələr zamanı aşkar edilib. Planetə GJ 1132b adı verilib. Qalın bir atmosferə sahib olan planet dünyadan 39 işıq ili aralıda yerləşir.
Bu Yerə bənzəyən ilk planet deyil. Belə ki, ilin əvvəlində Yerə bənzəyən daha bir planet tapılmışdı. Astronomlar yeni kəşf edilən 8 planetdən birinin dünyaya çox bənzədiyini açıqlayıblar.
NASA-nın Kepler teleskopu ilə tapılan Günəş sistemindən kənarda yerləşən planetlərdən üçündə həyat əlamətlərinin müşahidə edildiyini deyib. Həyat əlaməti ola biləcək planetlər Kepler 438b, Kepler 442b və Kepler 440b adlandırılıb. Ən çox dünyaya bənzəyən isə Kepler 438b-dir.