11 May 2016 08:52
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oslo Universitetinin alimləri tərəfindən hazırlanmış akkumulyator bir neçə saniyə ərzində enerji toplayır. Lakin sözügedən akkumulyatorun tutumu azdır.

Professor Ola Nilsen və universitetin məzunu Knut Byarne Qanqrud lazımi enerjidoldurma sürətinə nail olmaq və ölçüsünü kiçiltmək üçün batareyanın tutumunu azaldıblar.

Teleqraf.com “ICTnews”a istinadən yazır ki, istehsalçılar ictimai nəqliyyat üçün ekoloji cəhətdən təmiz enerji mənbəyi yaratmağı planlaşdırır. Akkumulyatorun şarjı dayanacaqlar arasında olan məsafəni qət etmək üçün kifayətdir. Dayanacaqlarda isə avtobuslar xüsusi platformalarda enerji ilə doldurulacaq.

Sözügedən texnologiya akkumulyator batareyaları sahəsində inqilab ola bilər. Həmçinin bu, nəqliyyat üçün çox ucuz enerji mənbəyidir.


Müəllif:

Oxşar xəbərlər