Dünyanın ən yaşlı insanı sayılan amerikalı Susannah Mushatt Cones 116 yaşında dünyasını dəyişib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Cones Nyu Yorkdakı qocalar evində ölüb.
Cones 1899-cu ildə Alabama əyalətindəki Montqomeri şəhərində kəndli ailəsində dünyaya gəlib. Ailənin on övladı qaradərililər üçün nəzərdə tutulan məktəbdə oxuyub.
117 yaşlı yapon Misao Okava keçən il dünyasını dəyişəndən sonra Cones Rekordlar Kitabına düşüb.
Hazırda isə dünyanın ən yaşlı insanı 116 yaşlı italiyalı Emma Moranodur. Rekordlar kitabında ən yaşlı insan Fransız Ceanne Luis Calment olub. O, 1997-ci ildə 122 yaşında dünyasını dəyişib.
Ayxan