Rusiyada 26 yaşlı qadın onu sevgilisindən qorumaq istəyən polisləri döyüb.
Teleqraf.com-un xəbərinə görə, hadisə Xakasiya bölgəsində baş verib. Sevgililər arasında yaşanan mübahisə davaya çevirilib. Hadisənin şahidi olan qonşular dərhal polisə xəbər verib. Hadisə yerinə gələn təhlükəsizlik işçiləri oğlanı həbs etməyə çalışıb. Ancaq bu zaman polislər gözlənilməz hadisə ilə qarşılaşıb. Gənc qız sevgilisinin müdafiəsinə qalxıb və 3 polis əməkdaşını döyüb.
Faktla bağlı araşdırma başlanıb. Hər iki şəxs polis bölməsində dindirildikdən sonra müvəqqəti saxlama məntəqəsinə aparılıb.
Teleqraf.com təhlükəsizlik kamerasına əks olunan görüntüləri təqdim edir:
Elvin