Camalənin Avroviziya mahnı müsabiqəsində oxuduğu mahnı keçmişdə Krım-tatar dilində "Bizim Krım" adlanırdı.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenko "112 Ukrayna" telekanalına müsahibəsində deyib.
“Düşünürəm ki, Camalə bu mahnının adını təsadüfən dəyişdirmədi. Bu mahnı keçmişdə mahnı tatar dilində "Bizim Krım" adlanırdı. Mahnının adının dəyişdirilməsi çox insanı 1944-cü ildə yüzminlərlə həmvətənimizin sürgün edilməsi faktına yönəltdi. Bir çox insan, o cümlədən mənim həyat yoldaşım, bu mahnını eşidəndə ağlayırdı. Bu cazibə Camalədən gəlirdi", - Poroşenko qeyd edib.
Xatırladaq ki, Avroviziya-2016 musiqi yarışmasının qalibi “1944” mahnısı ilə Ukrayna ifaçısı Camalə olub; ikinci pilləni Avstraliya, üçüncü yeri isə Rusiya tutub.