19 May 2016 08:18
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

“IBM” korporasiyasının mühəndisləri məlumatların saxlanılması istiqamətində inqilab ediblər. “PCM” texnologiyası yaddaşın bir xanasına 3 bit tutumunda informasiya yazmağa imkan verir.

“ICTnews” Elektron Xəbər Xidməti “mail.ru” saytına istinadən yazır ki, ekspertlərin fikrincə, yeni texnologiya məlumatların saxlanılması sahəsində inqilab edərək mobil qurğu və “Əşyalar interneti”nin inkişafı nəticəsində artmaqda olan informasiya tutumunun öhdəsindən gəlməkdə kömək edəcək. “PCM” texnologiyasının başqa üstünlükləri aşağıdakılardır: daşıyıcının oxuma və yazma sürətini, tutum və davamlılığını yüksəldir, enerjidən asılılığını azaldır.

“PCM” texnologiyasından istifadəyə əsaslanan daşıyıcılar 10 milyon dəfə yenidən yazma əməliyyatına tab gətirə bilərlər, halbuki fləş kartlarda bu göstərici 3 minə bərabərdir.

Məlumatların “PSM” yaddaşda saxlanılması daha əvvəl də nümayiş etdirilib. İndi isə Parisdə keçirilmiş Beynəlxalq “IEEE International Memory Workshop” simpoziumunda çıxış edən “IBM”-in nümayəndələri yaddaş xanasında 3 bit informasiyanın saxlanılmasını nümayiş etdiriblər. 64K tutumunda informasiyanı yadda saxlayan sınaq nümunəsi 1 milyon yenidən yazmadan sonra informasiyanı yazma qabiliyyətini saxlayıb.


Müəllif:

Oxşar xəbərlər