ABŞ prezidenti Barak Obamanın Vyetnam səfəri vaxtı çəkdirdiyi şəkil "Instagram" ve "Twitter"də paylaşım rekordu qırıb.
Teleqraf.com xəbər verir ki, paytaxt Hanoyda sadə bir yeməkxanaya gələn prezident 3 dollarlıq yemək yeyib və Hanoy pivəsi içib. Kafenin dar, oturacaqların plastik olmasına baxmayaraq Obama bundan heç də narahat olmayıb.
Tanınmış aşpaz Entoni Burdinlə nahar edən Barak Obama sonda 6 dollarlıq hesabı da özü ödəyib.
Uğur