28 May 2016 20:18
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyadakı qaraçıların "kraliçası" sayılan Rubi Pörl Marşall dünən dəfn olunub.

Dəfn mərasimi Uelsdəki Mertin şəhərində, Müqəddəs Tidvil kilsəsində keçirilib.

78 yaşında vəfat etmiş qaraçı kraliçası Pontridd şəhərindəki Qlinaff məzarlığında böyük təntənə ilə torpağa verilib.

Dəfn məramimində Rubi Pörl Marşalla məxsus 4 avtofurqon da yandırılıb.
Mərhum qaraçı kraliçasının oğlu Mario Marşall deyib: "Biz qaraçılarda kimsə vəfat edəndə onun əşyaları toxunulmaz sayılır. Anama məxsus avtofurqonları da bəzədik, sonra yandırdıq. Anamın bəzi əşyalarını isə onun məzarına qoyduq".

Qaraçı kraliçasının dəfnini xüsusi polis eskortu qoruyub. Tabut məzara qoyulanda qəbristanlıqda Uitni Hyustonun ifasındakı "I Will Always Love" mahnısı səslənib.(Milli.az)


Müəllif:

Oxşar xəbərlər