4 İyun 2016 01:12
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nadir xəstəliyə yoluxan ingiltərəli Mandi Sellarsın ayaqlarının çəkisi 107 kilodur.

41 yaşlı Sellars anadan genetik xəstəliklə doğulub. Hələ körpəykən ayaqaları bədənindən ağır olub.

Zəhərlənmə üzündən həkimlər onun ayaqlarının birini kəsməli olublar. Kəsilmiş ayaq üç il ərzində 1 metr uzanıb, çəkisi isə 19 kilo artıb. Bədəninin çəkisi 38, ayaqlarının çəkisi isə 107 kilo olan qadının xəstəliyinin adı hələ ki, bəlli deyil. Anadan olanda həkimlər onun yaşamaq ehtimalının az olduğunu düşünüblər.

Kembric Universitetinin həkimlərinin Sellarsın üzərində apardıqları araşdırmaya görə, onun PIK3CA genində, ayaqlarının ifrat dərəcədə böyüməsinə səbəb olan mutasiya meydana gəlib. Ayaqlarının inkişafının qarşısını almaq üçün həkimlər xüsusi dərman hazırlayıblar. Nəticədə ayaqların çəkisi 38 kilo azalıb.

Hazırda psixoloji yardımlar alan Sellars heç zaman yaşamaq ümidini itirmədiyini bildirib.

Ayxan


Müəllif:

Oxşar xəbərlər