Amerika iqtisadiyyat-maliyyə jurnalı Forbes ABŞ-ın 60 ən uğurlu və varlı qadınının siyahısını hazırlayıb.
Siyahıya təkcə biznesvumenlər deyil, həm də byuti, moda və reteyl sənayesinin bir neçə nümayəndəsi daxil olub. Jurnalın versiyasına görə, Amerikanın ən varlı qadını dam örtüyü materialları və saydinq həyata keçirən ABC Supply şirkətinin sahibəsi Diana Hendriksdir. Onun gəliri 4,9 milyar dollar məbləğində qiymətləndirilir. İkinci yerdə 3,1 milyard sərvətlə teleaparıcı Opra Uinfridir. İlk onluğa 2,4 milyard dollarla üçüncü pillənin sahibi Gap-ın həmtəsisçisi Doris Fişer və 1,9 milyard dollar sərvətlə Forever 21-in həmtəsisçisi Cin Suk Çan daxil olub.
Siyahıda Spanx-ın təsisçisi Sara Blekli (1 milyard dollarla 17-ci pillə), Tori Berç (750 milyonla 19-cu yer), Donna Karan (450 milyonla 31-ci pillə), Vera Vonq (420 milyonla 34-cü), Diana fon Fyurstenberq (340 milyonla 43-cü), eləcə də Nasty Gal-ın həmtəsisçisi Sofiya Amoruzo (280 milyonla 53-cü yer) və NYX kosmetika brendinin həmtəsisçisi Toni Konun (260 milyonla 57-ci) adı var.