ABŞ-ın Arizona ştatında dəhşətli cinayət hadisəsi törədilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, gənc oğlan polisə zəng edərək, bacısını hamamda qan içində tapdığını deyib.
Hadisədən sonra axtarış aparan polis evin yaxınlığında 3 azyaşlının cəsədini aşkar edib. Onlardan biri 2 aylıq körpə, digərləri 5 və 8 yaşı uşaqlar olub. Araşdırmalar zamanı məlum olub ki, Oktaviya Rocers adlı qadın əvvəlcə uşaqlarını öldürüb və sonra özünə qəsd etməyə çalışıb.
Polisin sözlərinə görə, hadisə zamanı Rocers hamilə olub. Xəstəxanaya çatdırılan qadının və doğulmamış körpəsinin həyatını xilas etmək mümkün olub. Hadisənin dəqiq səbəbləri məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.
Elvin