19 Aprel 2017 15:25
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi ehtimalı var.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.


"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün keçirilməsi nəzərdə tutulurmu" sualına cavabında M. Zaxarova belə bir ehtimalın olduğunu söyləyib: "Bu barədə məlumat olan kimi bildirəcəyik". (apa.az)


Müəllif: