25 Aprel 2017 13:17
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin “İndependent” qəzetinin 20 aprel tarixində dərc edilmiş “Dağlıq Qarabağ Respublikasında futbol və ümid-unudulmuş region FİFA-nın sanksiyalarına qarşı” adlı məqaləyə etiraz olaraq cavab məqaləsi çap edilib.

Teleqraf.com-un məlumatına görə, cavab məqaləsində H.Hacıyev sözegedən məqalədə regiondakı real vəziyyətin təhrif olunduğunu bildirərək, idman və futbolun siyasətdən kənar tutulmalı olduğunu vurğulayib. O bildirib ki, məqalədə Azərbaycanın işğal olunmuş ərazilərinə “Dağlıq Qarabağ Respublikası” kimi müraciət edilməsi beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və bu məsələdə yalnız Ermənistan tərəfinin mövqeyinin işıqlandırılması ədalətli və obyektiv jurnalistika prinsiplərinə uyğun gəlmir.

XİN rəsmisi yazıb: “Reallıq ondan ibarətdir ki, Ermənistan gücdən istifadə edərək Azərbaycanın suveren ərazilərini işğal edib və işğal olunmuş ərazilərdə qondarma rejim yaradıb. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bir daha təsdiq olunur, Ermənistanın işğalı pislənilir və işğalçı qüvvələrin bütün işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur”.

H.Hacıyev daha sonra bildirib ki, “Qarabağ” klubu Ermənistanın işğalı nəticəsində öz doğma şəhərindən kənarda sığınacaq tapan bəlkə də dünyada yeganə futbul klubudur: “Məqalə müəllifinin “Qarabağ” futbol klubunu Azərbaycan üçün siyasi şahmat adlandırmasi yanlışdır. Biz ümid edirik ki, regionda sülh yenidən bərqərar olacaq və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları “Qarabağ” futbol klubunun oyunlarını izləyəcəklər”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər