1 May 2017 16:34
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Münbit şərait yetişdikdə Lalə Şövkət Hacıyeva hazırladığı proqramları cəmiyyətə açıqlayacaq.

Hələlik belə bir şərait yetişməyib. Lalə Şövkət köklü sosial iqtisadi proqramları çoxdan hazırdır. Bunun üçün həm intellektual, həm mənəvi, həm də məramnamə hazırlığı yetərli qədərdir. Onun proqramlarında hər şey var və nəzərə alınıb. Ölkənin elə bir sahəsi yoxdur ki, ona dair Lalə Şövkətin proqramı olmasın.

Bunu Teleqraf.com-un “Lalə Şövkətin fevraldan hazırladığı iddia olunan proqramlarının taleyi necə oldu” sualına cavabında Azərbaycan Liberal Partiyanın sədri Əvəz Temirxan deyib.

Onun sözlərinə görə, Lalə Şövkət Hacıyevanın hazırladığı proqramlarda həm ölkənin reallığı, həm də xarici dövlətlərdə aparılan islahatların ən yaxşı elementlərini özündə ehtiva edir.

Temirxan qeyd edib ki, proqramların həyata keçirilməsi üçün ölkədə siyasi sabitlik, barış, təhlükəsizlik, cəmiyyətdaxili dialoq və barış əsasdır.

Xatırladaq ki, fevralın 23-də Liberal Partiya bəyan etmişdi ki, Lalə Şövkət islahatlar proqramı hazırlayır və islahatlar proqramının tərkibinə daxil olan təklif Azərbaycan üçün gözlənilməz bir təklif olacaq.

Cavad


Müəllif:

Oxşar xəbərlər