XİN-dən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə çıxış edən Ə.Şıxəliyev BMT tərəfindən qəbul edilmiş dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün ölkədə aparılan işlər, o cümlədən Prezident İlham Əliyevin fərmanı ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması və ölkə iqtisadiyyatının əsas sektorlarının inkişafı üzrə strateji yol xəritələrinin qəbul edilməsi və icrası, xüsusən Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına yönələn tədbirlər barədə məlumat verib.
Bununla əlaqədar olaraq, Azərbaycan nümayəndəsi həmçinin kiçik və orta sahibkarlıq və ailə biznesinə, xüsusilə kənd yerlərində yerləşən istehsal yönlü ailə təsərrüfatlarına dəstək məqsədilə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış ABAD-ın fəaliyyəti haqqında danışıb.
Səxavət