2 May 2017 11:48
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi tezliklə baş tutacaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

Malena Mardın sözlərinə görə, ötən həftə Aİ Xarici Əməliyyatlar Xidmətinin rəsmisi Luk Devinlə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev arasında yeni saziş üzrə intensiv danışıqlar baş tutub:

"Bizim məqsədimiz intensiv şəkildə birlikdə işləməkdir. Xüsusilə bu ilin noyabrında keçiriləcək Şərq tərəfdaşlığı sammiti öncəsi biz gərgin rejimdə çalışırıq. Hər iki tərəfdə böyük ambisiya var".

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər