2 May 2017 15:22
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda turizmlə bağlı böyük işlər görülür.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin İctimai birliklər və dini qurumlar Komitəsinin sədri Siyavuş Novruzov “Turizm haqqında" qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı bildirib.

Komitə sədri deyib ki, ölkə Prezidentinin rəhbərliyi ilə bütün bölgələrdə turizm sahələri yaradılıb.

Onun sözlərinə görə, qış və yay turizmi üçün lazımi şərait var: “Bu sahədə nazirlik kifayət qədər iş aparır. Həm turizm, həm də mədəni abidələrin təmir olunaraq, istifadəyə verilməsi, kilsələr, dini obyektlər hər bir turistin diqqətini cəlb edir”.

S.Novruzov qeyd edib ki, bəzi məsələlər birbaşa Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyəti ilə bağlı deyil: “Biz problemlərin aradan qaldırılmasına çalışmalıyıq. İlk növbədə turistlərin kimliyi müəyyən olunmalıdır. Dünyada baş verən hadisələrə nəzərə saldıqda, o zaman turistlərin kimliyinin bilinməsi vacibdir. Həmin şəxslər mənzildə yaşadıqda onların hansı hadisəni törədəcəyi haqqında heç kimin məlumatı olmur. Heç onların şəxsiyyət vəsiqələrinin surəti belə çıxarılmır. Bu məsələyə diqqətlə yanaşmalıyıq. Biz beş-on manata görə ölkədəki sabitliyi poza bilmərik”.

Deputat “halal otel” yazılmış iaşə obyektləri ilə bağlı da iradını bildirib:

“Elanlarda yazılır ki, “halal otel”. Bu nə deməkdir? Hansı terminologiyaya uyğundur? Belə çxır ki, qalanları haramdır, bir bu halaldır? Əgər haramdırsa, o zaman orada nə hadisələr baş verir? Bir vaxtlar kolbasalara “halal” adı qoyurdular. İndi də otellərin belə reklamını edirlər. Azərbaycan dünyəvi dövlətdir. Xaricdə otellərə tələb necə qoyulursa, bizdə də elə olmalıdır. Buna nəzarət olunmalıdır”.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə qeyd edib ki, təhlükəsizliklə bağlı ciddi narahatlığa ehtiyac yoxdur:

“Turistlər sərhəddən və miqrasiyadan keçirlər, sonra uçota düşürlər. Güman edirəm ki, narahatlığa ehtiyac yoxdur. Təbii ki ayıq-sayıqlıq mütləqdir. Biz hər zaman bu məsələləri nəzərə alırıq və alacağıq”.

Cavad


Müəllif:

Oxşar xəbərlər