2 May 2017 19:28
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər nazirinin müavini Xələf Xələfov Qırğızıstanın Bakıdakı səfirliyini ziyarət edib.

XİN-dən Teleqraf.com-a verilən məlumata görə, ziyarət Oş vilayətində baş verən təbii fəlakətlə bağlı olub.

X.Xələfov Azərbaycan hökuməti adından Qırğız Respublikası hökuməti və xalqına, həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananlar və xəsarət alanların tezliklə şəfa tapmasını diləyib. Həmçinin, səfirlikdə faciə ilə əlaqədar açılmış matəm kitabında Azərbaycan hökuməti adından başsağlığı yazıb.

Qeyd edək ki, aprelin 29-da Qırğızıstanın Oş vilayətində baş verən torpaq sürüşməsi nəticəsində 30-a yaxın insan həlak olub, 10-dan artıq ev dağılıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər