2 May 2017 20:25
1 212
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Azərbaycan arasında münasibətlər ən yüksək nöqtədədir.

Teleqraf.com-un məlumatına görə, bunu jurnalistlərə rusiyalı politoloq, sosioloq və filosof, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Dugin deyib.

Onun sözlərinə görə, Azərbaycanın Rusiya ilə əməkdaşlığı bir çox iqtisadi, siyasi, nəqliyyat və geosiyasi problemləri həll edə bilər.

Ekspert bildirib ki, “Şimal-Cənub” nəqliyyat dəhlizi iki ölkənin münasibətlərində böyük addım olacaq: “Azərbaycanın Avrasiya İnkişaf Bankında mümkün iştirakı da regional valyuta çoxqütblülüyü istiqamətində dəyişikliyə yol aça bilər”.

Politoloq qeyd edib ki, Rusiya Ermənistanın müttəfiqi olsa da, bu o demək deyil ki, Azərbaycanın düşmənidir: “Rusiya öz maraqlarına uyğun hərəkət edir”.


Müəllif:

Oxşar xəbərlər