Sülh Platformasının mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, “Sülh səfirləri” Sülh Platformasına üzv olan müxtəlif ölkələrin vətəndaş cəmiyyətlərinin fəal üzvlərindən ibarətdir. İnstitutun məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq hüquq tərəfindən tanınmış prinsip və normalar çərçivəsində Platformanın ideyalarının sürətli yayılması və sülh naminə insan resurslarının fəal və mobil istifadəsində Sülh Platformasına dəstəkdir.
“Sülh səfirləri”nin bir sıra hüquq və vəzifələri var. Onlar yaşadıqları ölkələrdə Ermənistan-Azərbaycan Sülh Platformasını təmsil edə, Sülh Platformasının adından danışa və təqdimatlar keçirə bilərlər. Eyni zamanda beynəlxalq ictimaiyyətə Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini çatdırmaq və öz fəaliyyətlərini Sülh Platformasının katibliyi ilə koordinasiya etmək və məsləhətləşmələr aparmaq səlahiyyətinə malikdirlər.
Sülh səfirləri adına Sülh Platformasının katibliyi tərəfindən hər ölkədən bir nümayəndə seçilir. Sülh səfirləri Ermənistan-Azərbaycan Sülh Platformasının aktiv üzvləri arasından seçilir. Hazırda 7 müxtəlif ölkədən sülh səfiri təyin olunub. Aureliya Qriqoriu Moldova, Tatyana Krupa Ukrayna, Mişel İvor Belçika, Vitold Oleynik Polşa, Aleksey Averyaninkov Latviya, Yelena Stankoviç Serbiya, Domeniko Letiziya isə İtaliya üzrə sülh səfiri təyin edilib.
“Sülh səfiri” olmaq istəyən Sülh Platformasının üzvləri [email protected] ünvanına müraciət edə bilər.
Nərgiz