4 May 2017 17:16
1 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın paytaxtı Astanada keçirilən Suriya toplantısında Türkiyə, Rusiya və İran arasında növbəti razılıq əldə edilib.

Teleqraf.com "Hürriyət" qəzetinə istinadla xəbər verir ki, razılaşmaya əsasən, Ərdoğanın istəyinə uyğun olaraq Suriyada təhlükəsiz zona yaradılacaq. Bununla bağlı Qazaxıstan Xarici İşlər naziri Kayrat Əbdülrəhmanov məlumat verib.

Onun sözlərinə görə, təminatçı ölkələr bununla bağlı sənədə imza atıblar:

"Bu qərara suriyalı silahlı müxaliflərin bir qismi sərt etiraz edib. Suriya hökuməti isə təhlükəsizlik zonalarının yaradılmasını dəstəkləyib".

Qarant ölkələr tərəfindən təhlükəsizlik zonası ilə bağlı memorandum imzalanarkən, suriyalı müxaliflərdən biri qışqırmağa başlayıb: "İran cinayətkardır, qarant ölkələr arasında ona yer yoxdur". Sonra o, və Suriya müxalifətinin daha bir təmsilçisi zalı tərk ediblər.

Məlumatlara görə, təhlükəsizlik zonasına 4 bölgə daxil olacaq: "Bunlar İdlib, Hums, Şərqi Quta və Suriyanın cənubundakı bölgələrdən biri olacaq. Rusiya, Türkiyə və İran qarşıdakı 5 gün ərzində işçi qrupu yaradacaqlar".

Qeyd edək ki, bundan öncə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada təhlükəsiz zona yaradılmasını təklif edib. Əvvəlki danışıqlarda isə təminatçı ölkələr Suriyada atəşin kəsilməsi ilə bağlı razılığa gəlmişdilər.

Samir


Müəllif:

Oxşar xəbərlər