5 May 2017 16:48
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sivilizasiyalar arasında mədəni əlaqələrin yaranmasında siyasətçilərin və parlament üzvlərinin rolu mühümdür.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Sivilizasiyalar arasında mədən körpülərin qurulmasında parlamentlərin rolu” mövzusunda keçirilən panel iclasında deyib.

Onun sözlərinə görə, dünyanın çətin dövründə yeni yanaşmaya böyük ehtiyac var: “Dünyada islamafobiya, insan alveri, antisemitizm kimi neqativ hallar baş verir. Bu istiqamətdə birgə mübarizə aparmalıyıq”.

İclasda iştirak edən Cibuti Milli Assambleyasının sədri Məhəmməd Əli Huməd çıxışında qeyd edib ki, Cibuti müxtəlif mədəniyyətlərin olduğu ölkədir: “Ölkəmiz mədəni dialoqun olmasında maraqlıdır. Mədəniyyətləararası dialoqa nail olmalıyıq. Beynəlxalq görüşlərdə də bu mövzu diqqətdə saxlanılmalıdır. Bizə miras qalan tolerantlığın qorunmasına nail olmalıyıq".

Nərgiz


Müəllif:

Oxşar xəbərlər