5 May 2017 23:57
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müasir dünya problemlərlə üz-üzə qalıb. Bu gün dünyada siyasi, ideoloji və hərbi ayrılmanın yerini mədəni ayrılma tutub. Dövlətlərarası ixtilafların nizama salınmasının yollarından biri də mədəniyyətlərarası dialoqdur.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Sivilizasiyalar arasında mədən körpülərin qurulmasında parlamentlərin rolu” mövzusunda keçirilən panel iclasında səsləndirib.

Onun sözlərinə görə, parlament diplomtiyası ənənəvi diplomatiyanı tamamlayır və Azərbaycan parlamentində 80-dən çox işçi qrupu fəaliyyət göstərir: “Milli Məclis mədəbiyyətlərarası dialoqun inkişafı üçün bütün işləri görür. Mədəni əlaqələrin qorunub saxlanılması hər kəsin vəzifəsi olmalıdır. Şərqlə Qərb dünyasının mərkəzində yerləşən Azərbaycanın 20 faizi torpağı Ermənistan tərəfindən işğal edilib. Baş verənləri müsəlman-xristian münaqişəsi kimi qələmə verənlərin iddiaları boşa çıxacaq. Azərbaycan dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquqlarının qorunmasına təminat verir. Azərbaycan bütövlükdə mədəni əlaqələrin inkişafına dəstəyini əsirgəmir. Bu, bundan sonra da belə olacaq.

Azərbaycanda elə şərait yaranıb ki, ölkəmizdə dünya və Avropa miqyaslı tədbirlərin keçirilməsi ənənə halını alıb. Dövlətimiz beynəlxalq humanitar forumlara, mədəniyyətlərarası dialoq məclislərinə, idman yarışlarına ev sahibliyi edir. 2015-ci ildə ilk dəfə Avropa Oyunları keçirildi, bu yaxınlarda IV İslam Həmrəyliyi Oyunları başlayacaq. Sivilizasiyalar və mədəniyyətlərarası dialoqun inkişafına xidmət göstəririk. Bununla da addım-addım sülh və əmin-amanlıq şəraitində yaşayan dünyaya can atırıq. Müasir sivilizasiyaların toqquşması deyil, bir-birinə qaynaşması daha xarakterik olmalıdır”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər