6 May 2017 11:43
469
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Üçüncü dünya müharibəsinin olmamasına görə BMT-yə təşəkkür etmək lazımdır”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov IV Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Qütbləşmə dövründə inkuliziv dialoq” adlı panel iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hər bir dialoq sonda beynəlxalq hüquqa, BMT Nizamnaməsinə əsaslanmalıdır:
“Bu Nizamnamənin qarantı BMT Təhlükəsilik Şurasıdır. Ona görə də Təhlükəsizlik Şurasının ünvanına iradlarla razılaşmamaq mümkün deyil.

Baxın, Suriyada niyə münaqişəyə son qoyulmur? Ortaq həll yolu tapmaq üçün istinad beynəlxalq hüquqdur”.

Prezidentin köməkçisi qeyd edib ki, BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün 4 qətnamə qəbul edib:

“BMT-də bəzi dövlətlər var ki, Ermənistanı dəstəkləyir, ona görə qətnamələr icra olunmur. Yoxsa elə qətnamələr var ki, saatlar ərzində icra olunur. BMT ilk növbədə beynəlxalq hüququn aliliyini qorumalıdır”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər