Teleqraf.com xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı səfiri, Heydər Əliyev Fondunun vitse-prezident Leyla Əliyeva IV Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Ərzaq təhlükəsizliyi və dayanıqlı cəmiyyət naminə mədəniyyətlərarasıdialoq: Davamlı inkişaf və sülhün təmin olunması üçün əsas elementlər" plenar sessiyasında deyib.
Onun sözlərinə görə, bu, FAO ilə birgə layihədir: "Layihə çərçivəsində kəndlərdə meyvə ağaclarının əkilməsi nəzərdə tutulur. Bu, aztəminatlı ailələr üçün mənfəət yeri olacaq".
Leyla Əliyeva qeyd edib ki, ekologiyanın sərhədləri yoxdur: "Faktlar göstərir ki, məhz insan fəaliyyəti təbiətin qanunlarını pozur və bizə böyük fəlakətlər gətirir. İnsanlar bu zənginliklərin dəyərini itirməməlidir".
İlhamə ƏBÜLFƏT