Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri Leyla Əliyeva mayın 6-da IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.
Nassir Abdulaziz Al-Nasser Leyla Əliyevanı Nyu-Yorka, BMT-yə dəvət edib.