Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Bəkir Bozdağla barabər Ankara prokurorluğunun 3 əməkdaşı da Vaşinqtondadır.
“Star” qəzeti bildirir ki, həmin 3 nəfərlik qrupun son anda nazirlə birgə səfər etməsinə qərar verilib. Ankara prokurorluğunun əməkdaşları uzun müddətdir FETÖ şəbəkəsinin Türkiyə fəaliyyəti, dövlət çevrilişinə cəhd və digər məsələləri araşdırırlar.
Məlumata görə, prokurorlardan ibarət qrup nazir Bəkir Bozdağın keçirdiyi görüşlərə qatılmayacaq, onlar ancaq amerikalı həmkarları ilə görüşərək Fətullah Gülən məsələsini müzakirə edəcək və mümkündür ki, qarşı tərəfə Gülənlə bağlı faktlar verəcəklər.
Qeyd edək ki, Bəkir Bozdağ bu gün axşam saatlarında ABŞ-ın ədliyyə naziri ilə görüşcək.
Cavad