Teleqraf.com bildirir ki, “Dövlət siyasətinin əsasları” adlanan kitab əsasən, siyasi, diplomatik, hərbi və təhlükəsizlik akademiyalarının tələbələri üçün nəzərdə tutulub.
Sülhəddin Əkbər Teleqraf.com-a bildirib ki, kitabı yazmaqda əsas məqsədi gənclərimizi intellektual cəsarət göstərməyə təşviq etmək və onları Azərbaycanda milli siyasi məktəbin əsasını qoymağa həvəsləndirməkdir:
“Çünki müstəqilliyini tarixi baxımdan yeni bərpa etmiş bir millət və dövlət olaraq buna ciddi ehtiyacımız var”.
Xatırladaq ki, kitab “Dövlət siyasətinin əsasları: milli maraqlar və milli təhlükəsizlik”, “Milli təhlükəsizlik və milli maraqlar”, “Azərbaycan Respublikasının milli maraqları”, “Azərbaycan Respublikasına yönəlik təhlükələr”, “Azərbaycan Respublikasının milli təhlükəsizlik durumunun qiymətləndirilməsi”, “Azərbaycan Respublikasının milli siyasəti” və “Azərbaycan Respublikasının tarixi inkişaf strategiyası və perspektivləri” sərlövhəli 7 xüsusi bölmədən ibarətdir və hər bir bölmədə də mövzunu tam şəkildə oxucuya açan, geniş informasiya və istiqamətlər verən çoxsaylı materiallar yer alıb.
Sülhəddin Əkbər onu da bildirib ki, kitabı tamamlasa da, hələlik kütləvi çapı üçün hər hansı nəşriyyata müraciət etməyib.
Cavad