9 May 2017 12:30
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidentinin həmrəylik çağırışı dünyada sülhün və təhlükəsizliyin təmin olunması üçün çox əhəmiyyətlidir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində İranın Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının rəhbəri Məhəmməd Behişti deyib.

Bu günlərdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini qeyd edən M.Behişti vurğulayıb ki, tədbir yüksək səviyyədə təşkil olunmuşdu. Forumda dünya miqyasında tanınmış nüfuzlu ictimai-siyasi, elm və mədəniyyət xadimlərinin iştirakı onu deməyə əsas verir ki, burada səslənən mütərəqqi fikirlər xalqların mehriban şəraitdə yaşamasını şərtləndirəcək.

Azərbaycanın özünün inkişaf mərhələsini yaşadığını qeyd edən Məhəmməd Behişti deyib ki, burada müxtəlif xalqların dinc yanaşı yaşaması dünya dövlətləri üçün bir nümunədir.

Təşkilatın rəhbəri ölkəmizin onda xoş təəssüratlar yaratdığını, Bakının çox gözəl şəhər olduğunu vurğulayıb.

Teleqraf.com


Müəllif:

Oxşar xəbərlər