Teleqraf.com xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında bununla bağlı qanun layihəsi hazırlanıb.
Kaliforniya Məclisində qanun layihəsi səsverməyə çıxarılarkən qeyd edilib ki, kommunistlərin ABŞ-da vəziyyəti gərginləşdirmək və hakimiyyəti devirmək üçün rəhbərliyə sızmağa çalışması narahatçılığı artıq “soyuq müharibə” dövründə qalıb. Ona görə də həmin dövrdə qüvvəyə minən qanununun təkmilləşdirilməsinə qərar verilib.
Dəyişikliklərə görə, bundan sonra Kommunist Partiyasının üzvü olan istənilən dövlət məmuru işdən çıxarılmayacaq.
Eyni zamanda yeni qanun layihəsində bildirilir ki, rəhbərliyi devirmək istəyən və zorakılığı təbliğ edən təşkilatlara üzv olan məmurlar işdən çıxarıla bilər.
Kaliforniya Məclisinin bir çox üzvləri hesab ediblər ki, soyuq müharibə dövründən qalan qanunlara dəyişikliklər edilməsi vacibdir.
Məclisin Vyetnam müharibəsində iştirak edən üzvü Randi Voepel isə qeyd edib ki, Şimali Koreya və Çin kommunistləri hələ də təhdid mənbəyidir.
Qeyd edək ki, qanun qəbul edildikdən sonra ABŞ Senatına təqdim olunacaq.
Cavad