Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, bu bəyanatla Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyan çıxış edib.
Onun sözlərinə görə, aprelin 28-də Moskvada baş tutan Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşü bu mövzuya həsr olunmamışdı:
“Nazirlərin prezidentlərin görüşünün təşkili məsələlərini müzakirə etdiyinə dair yayılan informasiya yanlış idi. Prezidentlərin görüşləri hələ nəzərdə tutulmur”.
Nalbandyan dəqiq tarix bəlli olmasa da, yaxın zamanlarda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfər edəcəyini deyib.
Nazirin fikrincə, bu səfərdən sonra Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünə ehtiyac olub-olmadığına dair məsələyə aydınlıq gətiriləcək.
Nərgiz