10 May 2017 13:11
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada prezidentliyə keçmiş namizəd Marin Le Penin qardaşı qızı Marion Mareşal Le Pen siyasətdən getmək arzusunda olduğunu açıqlayıb.

Teleqraf.com “Avropa 1”-ə istinadla xəbər verir ki, Fransa parlamentinin deputatı mandatından imtina edəcəyini və iyunda keçiriləcək növbəti seçkilərdə iştirak etməyəcəyini bildirib.

Onun sözlərinə görə, siyasətdən gedişi şəxsi səbəblərlə bağlıdır. O, 2014-cü ildə doğulan qızına daha çox vaxt ayırmaq və biznes sahəsində çalışmaq istədiyini dilə gətirib. Məlumatlara görə, “Milli cəbhədə” o, məşhur bibisi kimi liberal iqtisadi xəttin tərəfdarı idi.

Qeyd edək ki, 27 yaşlı Marion Mareşal Le Pen Fransanın ən gənc siyasətçilərindən sayılır.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər