10 May 2017 14:14
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyada növbədənkənar parlament seçkiləri ərəfəsində müxalifətdə olan Leyboristlər Partiyası parçalana bilər.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə “Deyli Teleqraf” qəzeti çıxış edib.

Qəzet yazır ki, partiyanın 100-ə yaxın deputatı Ceremi Korbinin başçılığı ilə seçkidə qalib gələ bilməsələr və bundan sonra partiya lideri istefa verməzsə, o zaman partiyanı tərk edəcək və İctimai Palatada (Britaniya parlamentinin aşağı palatası) “proqressivlər” fraksiyası yaradacaqlarını bildiriblər.

Böyük Britaniyada növbədənkənar parlament seçkiləri Baş nazir Tereza Meyin təşəbbüsü ilə iyunun 8-də keçiriləcək. Baş nazirin fikrincə, Birləşmiş Krallığın Avropa İttifaqından çıxmaq prosesinin aktiv mərhələsində onlar mütləq Mühafizəkarlar Partiyasının parlamentdəki mövqelərini gücləndirməlidirlər.

Onu da bildirək ki, Mühafizəkarlar Partiyası artıq 7 ildir hakimiyyətdədir.

Səxavət


Müəllif:

Oxşar xəbərlər