11 May 2017 12:18
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan ABŞ-ın etibarlı tərəfdaşıdır”.

Teleqraf.com-un məlumatına görə, bu barədə “Vaşinqton Tayms” nəşrində iki ölkə arasında əməkdaşlığa dair yer alan məqalədə deyilir.

Bildirilir ki, öz qonşularından fərqli olaraq Azərbaycan heç zaman enerjidən geosiyasi silah kimi istifadə etməyib. 9 milyonluq müsəlman ölkəyə rəhbərlik edən prezident İlham Əliyevin Vladimir Putin və Ayətulla Əli Xameneyidən fərqli olaraq enerji ixracından siyasi məqsədlər üçün istifadə etməməsinin ABŞ üçün əhəmiyyət kəsb etdiyi önə çəkilir: “Bu 56 yaşlı lider anlayır ki, qışda Ukrayna vətəndaşlarının evlərində qaz olmasa, onlar soyuqdan məhv ola bilərlər, yaxud da yay aylarında Avropa bir neçə gün qazsız qalsa, qitələrarası daşınan və tez xarab olan məhsullar məhv ola bilər. Beləliklə Orta Şərq yaxınlığında Azərbaycan Qərb üçün enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş olduğunu sübut edib”.

Yazıda qeyd olunub ki, Azərbaycanın həyata keçirdiyi TANAP və TAP layihələrində ABŞ-ın təcili dəstəyinə ehtiyacı var: “Bu layihə 2020-ci ildən Avropaya 355 milyard kubmetr qazın nəqlini nəzərdə tutur. Bununla da Azərbaycan Avropaya enerji ixrac edən etibarlı ölkəyə çevrilir və bununla da Rusiyadan asılılığı azaldır”.

Bildirilir ki, ABŞ-da 11 sentyabr hücumundan sonra Azərbaycanın o zamankı prezidenti Heydər Əliyev ABŞ-ın Azərbaycandakı səfiri Ross Vilsonu çağıraraq dəstəyini ifadə edib: “Qlobal terrorizmə qarşı mübarizədə ABŞ-Azərbaycan əməkdaşlığı onun oğlu İlham Əliyev tərəfindən də davam etdirilib. Bu gün ABŞ Hərbi Hava Qüvvələri maneəsiz Azərbaycanın hava məkanından uçmaq hüququna malikdir. Bu isə Pentaqon Nəqliyyat Komandanlığına məhsul və xidmətləri vaxtında ABŞ ordusuna çatdırmaq imkanı verir”.


Müəllif:

Oxşar xəbərlər