Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, bunu ABŞ-ın Vitse-prezidenti Maykl Pens Ukrayna Xairici İşlər naziri Pavel Klimkinlə görüşündə bildirib. Ağ Evdə hesab edirlər ki, Minsk öhdəliklərinin yerinə yetirilməsi Ukraynada sülhə nail olmaq yolunda ən real addım olaraq qalır.
Pens onu da bildirib ki, ABŞ Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir. Bundan başqa, ABŞ-ın virse-prezidenti deyib ki, ölkəsi Ukraynanı müdafiə etməkdə qərarlıdır:
"Biz Donbasda münaqişənin həlli üçün ukraynalı tərəfdaşlarımızla əməkdaşlıq səylərini dəstəkləyəcəyik".
Bundan öncə ABŞ Prezidenti Donald Tramp Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşündə Moskvanı Minsk öhdəliklərini yerinə yetirməyə çağırıb.