“Mən Makronu və onun komandasını maksimum dərəcədə ağılla, hissə qapılmadan, ayıq surətdə qiymətləndirmək istəyirəm. Olland əclafdır, amma onun üçün müəyyən çərçivələr var idi. Makron da əclafdır, amma onun özünü aparma qaydası yoxdur. Deməli, onun üçün hər hansı məhdudiyyət mövcud deyil”, deyə sabiq baş nazir “Journal du Dimenche” qəzetinə müsahibəsində bildirib.
Bununla yanaşı M.Vals yeni prezidentə dövlət başçısı postunda uğurlar arzulayıb və namizədlər arasında yalnız onun Fransanın həqiqətən yenidən qurulması ideyasını müdafiə etdiyini vurğulayıb: “Məhz onun rəhbərliyi altında ölkə dirçəliş üçün yeni şans əldə edə bilər. Çox istəyirəm ki, o, buna müvəffəq olsun”.
Səxavət