“Amerika mətbuatının bu məsələ ətrafında nə üçün qalmaqal yaratdığını başa düşmürəm”, deyə Rusiyanın baş diplomatı qeyd edib. S.Lavrov əlavə edib ki, Ağ Ev heç bir qalmaqalın olmadığını açıqlayıb: “Onların saytında hər şeyin razılaşdırıldığı barədə məlumat yerləşdirilib. Necə ki, bunu digər ölkələrin nazirləri ilə görüşlər zamanı edirlər”.
Qeyd edək ki, bir sıra ABŞ KİV-ləri, o cümlədən “Washington Post” qəzeti amerikan xüsusi xidmət orqanlarının sabiq əməkdaşlarının S.Lavrovla D.Trampın görüşü zamanı rusiyalı fotoqrafın Ağ Evdə peyda olmasından narahatlıqlarını çatdırıblar. KİV-lərin həmsöhbətlərinin fikrincə, fotokameralar vasitəsilə Oval kabinetə gizli şəkildə dinləmə aparatları keçirilmə təhlükəsi olub.
Səxavət