Teleqraf.com xəbər verir ki, millət vəkili Siyavuş Novruzov bu məsələnin Azərbaycan ictimaiyyətini narahat etdiyini deyib. Onun sözlərinə görə, ÜAK-ın Rusiya Ədliyyə Nazirliyinin müraciəti əsasında ləğv edilməsi Azərbaycan-Rusiya arasındakı münaisbətlərə xələl gətirmək məqsədi daşıyır:
“Rusiyada bəzi qüvvələr öz dövlət maraqlarını üstün tutaraq Azərbaycan-Rusiya arasında münasibətlərə xələl gətirməyə çalışır. Bunun qarşısını alınmalıdır. Azərbaycanda rusdilli məktəb və bağçalar var. Bu addım ümum münasibətlərin pisləşməsinə xidmət edən addımdır”.
S.Novruzov qeyd edib ki Azərbaycan hər zaman Rusiya ilə bağlı məsələlərdə öz neytrallığını qoruyub saxlayır, tərəfsiz siyasət həyata keçirir:
“Lakin Rusiyadan bunun qarşılığını görmürük. Hesab edirəm ki, Milli Məclis, eləcə də parlamentlərarası dostluq qrupu Rusiyaya müraciət etməlidir”.
S.Novruzov onu da vurğulayıb ki, Azərbaycanda fəaliyyət göstərərən Rusiya QHT-ləri Azəraycan qanunlarına uyğun şəkildə hesabat təqdim etməlidir:
“Çünki bu, ciddi və ictimaiyyəti narahat edən məsələdir. İki ölkə arasında münasibətlərin korlanmaması üçün Rusiya parlamentindəki dostluq qrupunun üzvləri məsələyə münasibət bildirməlidir”.
Milli Məclisin deputatı Arif Rəhimzadə da qeyd edib ki, Rusiyanın bu addımı cəmiyyətdə çox ciddi reaksiya yaradıb:
“ÜAK ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə yaradılıb. Azərbaycan ilə Rusiya arasında çox yaxşı münasibətlər var. Biz bunu hər yerdə deyirik. Ancaq bunun qarşılığını görmürük. Nə üçün Rusiya Xocalı soyqırımı ilə bağlı heç bir tədbir görmək istəmir? Nəyə görə Azərbaycan qanunlarını pozan Lapşin haqqında danışır, ancaq öz dədə-baba yurdlarını ziyarət edən Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistanda girovluqda saxlanılamsına reaksiya vermir? Hörmət ikitərəfli olmalıdır. Hesab edirəm ki, Azərbaycan tərəfi Rusiya Prezidenti Vladimir Putinə müraciət etməlidir ki, bu cür hallara son qoyulsun. Bu cür addımlar Azərbaycanla Rusiya arasında münasibətlər xələl gətirir”.
Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən biridir:
“Rusiya tərəfsiz olmalıdır. Ancaq biz Rusiyanın tərəfsizliyini görmürük. Rusiya zaman-zaman işğalçı Ermənistanı müdafiə edən addımlar atır”.
Hazırda iclas çıxışlarla davam edir.
Cavad