Teleqraf.com xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin hazırladığı analitik materialda yer alıb.
“Atlas”ın şərhində bildirilir ki, Azərbaycan son illərdə Rusiyadan 5 milyard dollar civarında silah və hərbi texnika alıb:
“Bundan sonra zəruri silah və hərbi texnikanın alınması üçün başqa ölkələr axtarılmalıdır. Avropa İttifaqı ilə danışıqları sürətləndirib Brüssellə strateji əməkdaşlıq sazişinin imzalanmasına və Türkiyə ilə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmağa ehtiyac var”.
Eyni zamanda qeyd olunur ki, buna baxmayaraq, əgər Moskvada apelyasiya məhkəməsi ÜAK-ın qeydiyyatının ləğvi qərarını təsdiqləyərsə, Rusiyada başqa diaspor təşkilatının yaradılmasına ehtiyac yaranacaq:
“Çünki Rusiyada milyonlarla azərbaycanlı yaşayır və onların istinad etdiyi, Azərbaycana bağlı hansısa təşkilatı olmalıdır. Rusiyada yaşayan azərbaycanlıarın bir qismi ÜAK-ın fəaliyyətindən narazı idi. Ona görə də yeni təsis olunan təşkilat daha işlək olmalı və çevik qərarlar verməlidır. Əgər Kreml yeni təşkilatın yaranmasına da mane olarsa, onda Rusiyanın Azərbaycanla bağlı əsl planları bəlli olacaq və rəsmi Bakı buna uyğun Rusiya siyasətini formalaşdırmaq məcburiyyətində qalacaq”.
Səxavət